Capture the Flag (CTF)

Kiber İdarəetmə və Müdafiə Departamenti Tam gün Son müraciət: Davam edir Maaş: Müsahibə əsasında

Prosol təhlükəsiz kibermühitin yaradılmasında dünyanın ən qabaqcıl ölkələrinin yüksək texnologiyalarından istifadə edən Azərbaycan şirkətidir.

Fəaliyyətinə 2019- cu ildən etibarən başlayaraq, təhlükəsiz və etibarlı rəqəmsal ekosistemin qurulmasında hökumət strukturlarının, kritik infrastruktur təşkilatlarının və müəssisələrin kibertəhlükəsizlik ehtiyaclarına xidmət edir.

ICSD (International Cybersecurity Days) bütün dünyada yerli və beynəlxalq kibertəhlükəsizlik ekspertlərini bir araya gətirən illik tədbirdir. Xarici ekspertlərin də iştirakı olan tədbir zamanı geniş fikir mübadiləsi və müzakirələr aparılır.

22 Sentyabr tarixində baş tutacaq tədbirin ikinci günündə , PROSOL şirkəti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Komputer İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək CTF yarışmasını elan etməkdən qürur duyuruq. CTF yarışması mütəxəsislərin kiber hücumlarla mübarizə bacarıqlarını qiymətləndirməyə şərait yaradan vasitədir. Müraciətçilər arasından seçilmiş 20 nəfər , yarışma zamanı verilən tapşırıqların həllini tapmaq uğrunda mübarizə aparacaqlar. Məhdud vaxt çərçivəsində çalışmaları uğurla yerinə yetirən və ən yüksək xal toplayan 3 nəfər xüsusi mükafatlara layiq görüləcəkdir.

Tərəddüd etməyin, indi müraciət et.