Logistika üzrə koordinator

Anbar Tam gün Son müraciət: Davam edir Maaş: 600 AZN

"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Sony, LG, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir. Vakansiya: Logistika üzrə koordinator

Tələblər:

·   Təhsil: orta və ya ali;

·   Kompüter biliyi: Microsoft Office, xüsusən Excel proqramlarında sərbəst işləmək bacarığı mütləqdir; 1C proqramı ilə iş təcrübəsi üstünlükdür;

·   Proqram bilikləri test imtahanı üsulu ilə yoxlanılacaq;

·   Logistika sahə üzrə ən azı 2 il iş təcrübəsi 

·   Dil biliyi : Azərbaycan dili;

·   Kollektivdə işləmək bacarığı;

·   Yüksək ünsiyyət və təqdim etmə bacarıqları;

·   Şəhəri yaxşı tanımağı üstünlükdür;

 

Əsas vəzifələr:

·   Sənədlərin sistem üzərində düzgün şəkildə qeydiyyata alınması;

·   Ümumilikdə gündəlik olaraq görülən işi ustalara ərazi üzrə göndərməli;

·   Çatdırılmaların system üzrə koordimasiyası və izlənilməsi

 

İş şəraiti:

·  AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

·  Həftədə 6 iş günü, 1 gün istirahət;

·  Ə/h: 600 AZN;

·  Karyera yüksəlişi imkanı;

Tərəddüd etməyin, indi müraciət et.