Rəqəmsal məhsulları şöbəsinin müdiri

Kommersiya departamenti Tam gün Son müraciət: Davam edir Maaş: Müsahibə əsasında

"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Sony, LG, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

 

Tələblər:

·   Təhsil: İqtisadiyyat, maliyyə və marketinq ixtisasları üzrə ali təhsil

·   Azərbaycan və Rus dillərində səlis bilməli; İngilis dilini bilmək üstünlükdür;

·   Elektronika satışı sahəsində azı 5 il təcrübə;

·   Güclü analitika qabiliyyəti;

·   İşgüzar ünsiyyət və danışıqlar aparılması bacarığı;

·   MS office proqramlarının yüksək səviyyədə bilməli ; 1C proqramı biliyi üstünlükdür;

·   Rəqəmsal kateqoriyalarına məxsus məhsulları yaxşı bilməlidir.

 

Əsas vəzifələr:

 

·         Bazar araşdırması edərək müştərilərin ehtiyac və istəklərini, rəqiblərin üstün və zəif cəhətlərini, məhsul çeşidini müəyyənləşdirmək;

·         Mağazaların monitorinqinə nəzərət etmək;

·         Şirkətin məhsulunu rəqiblərin məhsulları ilə müqayisə edərək bazar rəqabətini qiymətləndirmək;

·         Rəhbərlik etdiyi rəqəmsal məhsulların kateqoriyanın satış strategiyasını müəyyənləşdirmək;

·         Rəhbərlik etdiyi rəqəmsal məhsulların xüsusiyyətlərini sistemdə və saytda daim yüklənməsini və təqib etməsini nəzərət etmək;

·         Qısamüddətli və uzunmüddətli məhsul satış proqnozları və xüsusi hesabatları və təhlilləri nəzərət etmək;

·         Öhdəliyində olan məhsul çeşidi üçün marketinq kampaniyalarının hazırlanması və rəhbərliklə razılaşdırılmış şəkildə məhsulların qiymət və satış şərtlərinin müəyyən edilməsi;

·         Mağazaları təhlil edərək uyğun məhsul çeşidinin müəyyən edilməsi və gələn yeni məhsulların buna uyğun bölgü olunması.

 

Biz Sizə təklif edirik:

·      AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

·      Həftədə 5 iş günü, 2 gün istirahət;

·      Ə/h: müsahibə əsasında təyin ediləcək;

·      Karyera yüksəlişi imkanları;

Tərəddüd etməyin, indi müraciət et.