Kredit kartlarının satışı şöbəsinin müdiri

Kredit Departamenti Tam gün Son müraciət: Davam edir Maaş: Müsahibə əsasında

"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Sony, LG, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir. Vakansiya: Kredit  kartlarının satışı şöbəsinin müdiri

Tələblər:

·   İqtisadiyyat, maliyyə və ya müvafiq sahədə ali təhsil;

·   Loyallıq kartlarının idarə olunması və korporativ satışı   azı 2 il iş təcrübəsi;

·   MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;

·   Komandada və təzyiq altında işləmə bacarığı;

·   Azərbaycan və rus dilərii səlis bilməli, ingilis dilini bilənlərə üstünlük verillir;

·   Analitik, qabiliyyəti olmalı;

 

Əsas vəzifələr:

·   “Kredit klub”  kartlarının korporativ satışına nəzarət etmək;

·   “Kredit klub” korporativ satışı üzrə yeni müştərilərin cəlb edilməsi;

·   “Kredit klub” kartları üzrə prezentasiyaların hazırlanması  və müştərilərə təqdimaatı;

·   “Kredit  klub” katlarının satışı üzrə hesabatların hazırlanıb, şirkət direktoruna təqdim edilməsi;

·   Layihə üzrə yeni təkliflərin hazırlanması;

 

İş şəraiti:

·  AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

·  Həftədə 5 iş günü, 2 gün istirahət;

·  Ə/h: razılaşma əsasında;

·  Korporativ nömrə;

·  Karyera yüksəlişi imkanı;

Tərəddüd etməyin, indi müraciət et.