Məhkəmə qərarlarının icrası ilə iş üzrə mütəxəssis

Problemli aktivlərlə iş departamenti Tam gün Son müraciət: Davam edir Maaş: Müsahibə əsasında

Tələblər:

• Təhsil: Ali (hüquqşünas);

• Azərbaycan dilini səlis bilməli; Rus və ingilis dilini bilənlərə üstünlük verilir;

• İcra üzrə minimum 1 il təcrübəyə malik olmalıdır;

• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;

• MS ofis proqramlarından yaxşı istifadə etmək bacarıqları.

 

Əsas vəzifələr: 

  • Mövcud olan işlərlə bağlı məhkəmə proseslərində şirkəti təmsil etmək;

  • Qüvvəyə minmiş məhkəmə qərarlarının icrası ilə bağlı zəruri tədbirlərin görülməsi;

  • İcra mərhələsində olan işlərin nəzarətdə saxlanılması, icra məmurları və borclularla mütəmadi əlaqə yaradılması;

  • Müəyyən edilmiş vaxtda və qaydada hesabatların hazırlanaraq təqdim edilməsi;

  • Gündəlik görülən işlər haqqında məlumat vermək.

  •  

Biz Sizə təklif edirik:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

• Həftədə 5 iş günü, 2 gün istirahət;

• Əmək haqqı 500 azn + bonus;

Tərəddüd etməyin, indi müraciət et.