Merçendayzer

Satış Departamenti Tam gün Son müraciət: Davam edir Maaş: 400 - 600 AZN

"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Sony, LG, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

 

Niyə məhz Optimal?

- Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq! - Pozitivlik bizim ən böyük uğurumuzdur! - Kreativ ideyaları yaradırıq! - İstedadlı gənclərə yol açırıq

 

Tələblər:

• Təhsil: Ali və ya orta;

• Azərbaycan dilini səlis bilməli, rus və ya ingilis dillərindən birində özünü ifadə etməyi bacarmalıdır;

• Satış təcrübəsi arzu olunandır;

• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;

• Satış qabiliyyəti olmalı;

• Məhsulları təqdim etmək bacarığına malik olmaq.

 

Əsas vəzifələr:

• Məhsulların ticarət nöqtələrində şirkətin standartlarına uyğun təyin edilmiş plan üzrə düzülüşünü təmin etmək;;

• Günlük planlaşdırılmış ticarət nöqtələrinə ziyarəti həyata keçirmək;

• Ticarət nöqtələrində olmayan məhsullar haqqında məlumatı satış şöbəsinə çatdırmaq;

• Malların təyin edilmiş plan üzrə müəyyən edilmiş görünüşünü yoxlamaq;

• Mağazanın ümümi yoxlanışı haqqında blankı doldurub rəhbərliyə təqdim etmək;

• Ehtiyac olduqda bukletlərin paylanmasını təmin etmək

 

Biz Sizə təklif edirik:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

• Həftədə 6 iş günü, 1 gün istirahət;

• Karyera yüksəlişi imkanı;

• Ödənişsiz təlimlər;

• Ə/h: 400-600 azn

Tərəddüd etməyin, indi müraciət et.