Kompyuter operatoru

Problemli aktivlərlə iş departamenti Tam gün Son müraciət: Davam edir Maaş: 300 AZN

"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Sony, LG, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir. Vakansiya: Kompyuter operatoru

Tələblər:

·   Təhsil: orta-ixtisas / ali;

·   İş stajı : müvafiq sahədə ən azı 1-2 il;

·   Dil biliyi : Azərbaycan dilində səlis danışmaq/yazmaq; rus və ya ingilis dillərindən birində fikrini sərbəst ifadə etmək bacarığı;

·   Kompüter biliyi: Microsoft Office, xüsusən Excel proqramlarında sərbəst işləmək bacarığı mütləqdir (1C proqramını işləyə bilən namizədlərə üstünlük veriləcək);

·   Proqram bilikləri test imtahanı üsulu ilə yoxlanılacaq;

·   Kollektivdə işləmək bacarığı;

·   Yüksək ünsiyyət və təqdim etmə bacarıqları.

 

Əsas vəzifələr:

·   Müxtəlif hüquqi sənədlərin hazırlanması;

·   Lazımi hesabatların hazırlanması;

·   Verilən tapşırıqların vaxtında və məsuliyyətlə yerinə yetirilməsi;

·   Verilən mətnin məlumat bazasına daxil edilməsi;

·   Excel proqramında formula ilə işləniləcək hesabatların hazırlanması;

 

İş şəraiti:

·  AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

·  Həftədə 5 iş günü, 2 gün istirahət;

·  Ə/h: 300;

·  İş yeri: İnqilab;

·  Karyera yüksəlişi imkanı;

Tərəddüd etməyin, indi müraciət et.