Monitorinq üzrə mütəxəssis

Monitorinq departamenti Tam gün Son müraciət: Davam edir Maaş: 400 - 600 AZN

Tələblər:

• İqtisadi, maliyyə, riyazi və digər analitik ixtisaslar üzrə ali təhsil;  

• 2 il monitorinq, kredit sahəsində təcrübəsi olmalıdır;

• Analitik təhlil və riyazi hesablamalar apara bilməyi bacarmalıdır;

• MS Office proqramlarını (xüsusi ilə də MS Excel) yaxşı səviyyədə bilməlidir;

• Azərbaycan, rus dillərini yaxşı səviyyədə bilməlidir;

• Dəqiq, diqqətcil və məsuliyyətli olmalıdır;

• Operativ təhliletmə qabiliyyətinə sahib olmalıdır;

• Ölkədaxili ezamiyyətlərə getmək imkanı olmalıdır;

• İşgüzar ünsiyyət və danışıqlar aparılmasını bacarmalıdır.

 

Vəzifələri:

• Monitorinq sənədlərini tərtib etmək;

• Mövcud müştərilərin maliyyə vəziyətini və nəzərdə tutulmuş şəkildə satış və krediti prosesini vaxtaşırı monitorinq etmək;

• Ehtiyac yarandığı halda mövcud müştərilərin növbədən kənar monitorinqini keçirmək;

• Yeni layihələri təhlil etmək və proqnozlar hazırlanmasında iştirak etmək;

• Monitorinq nəticəsində asılı olaraq hesabatların hazırlanması və s.

 

İş şəraiti:

 

• Həftədə 5 iş günü, 2 gün istirahət; 

• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;

Tərəddüd etməyin, indi müraciət et.