Mağaza müdiri (Elektronika)

Satış Departamenti Tam gün Son müraciət: Davam edir Maaş: 800 - 1500 AZN

"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Sony, LG, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

Vakansiya: Mağaza müdiri (Elektronika)

 

Tələblər:

• Mağazanın idarə ediləsi sahəsində azı 3 il iş təcrübəsi;

• Komandanın idarə edilməsi təcrübəsi;

• Satış sahəsinə dair nəzəri və praktik biliklər;

• Satışın Planlanması və Planın icrasına dair təcrübə;

• Azərbaycan və rus dillərini səlis bilməli.

Əsas vəzifələr:

• Mağazanın daxilində pozitiv komanda ruhunun yaradılması;

• Satışın effektiv həyata keçirilməsi;

• Mağaza işçilərinin davamiyyətinin izlənilməsi;

• İşçilərə iş yerində təlimlərin keçirilməsi;

• Şirkət tərəfindən təyin olunan mağaza satış hədəflərinin müəyyənləşdirilməsində fəal iştirak edir.

• Mağaza satış hədəflərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin edir;

• Mağaza satışlarının artırılması məqsədilə müxtəlif proqram və layihələr hazırlayır, onları müzakirə üçün departamentə təqdim edir.

• Müstəqil bazar araşdırmaları aparır, rəqiblər barədə məlumatlar toplayır, onları müvafiq struktur vahidlərinə göndərir;

• Şirkətin müvafiq departamentlərinə hesabatların verilməsi;

• Mağazanın işçi heyətinin effektiv idarə edilməsi;

Biz Sizə təklif edirik:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

• Həftədə 6 iş günü, 1 gün istirahət

• Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.

Tərəddüd etməyin, indi müraciət et.