Hüquq departamentinin direktoru

Hüquq Departamenti Tam gün Son müraciət: Davam edir Maaş: Müsahibə əsasında
  • Şirkətin fəaliyyəti zamanı meydana çıxan hüquqi məsələlər üzrə rəylər verilməsi işinin təşkili;

  • Hüquqi uyğunluq məsələlərinin tənzimlənməsi;

  • Qanunvericiliyin tətbiqi ilə bağlı struktur bölmələrinə məsləhətlərin verilməsi işinin təşkili;

  • Bağlanılan müqavilələr və onunla bağlı digər sənədlərə hüquqi rəy verilməsi işinin təşkili;

  • Cəlb edildiyi məhkəmə mübahisələrində mənafelərin müdafiəsinin təşkili;

  • Daxili normativ sənədlərinin hazırlanması, yenilənməsi, saxlanması, biznes proseslərə uyğunlaşdırılması işinin təşkili;

  • Qanunvericiliyində meydana çıxan ziddiyyətli məqamlarla bağlı müvafiq dövlət orqanlarına sorğular göndərilməsi işini təşkili;

  • Hüquqi məsələlərlə bağlı müvafiq təşkilatlar, qurumlar, hüquqi şəxslər və dövlət orqanları ilə əlaqələrin yaradılması və işin təkmilləşdirilməsi sahəsində işlərin görülməsi;

  • Hüquqi təminat və korporativ hüquq funksiyalarına ümumi rəhbərliyin və nəzarətin həyata keçirilməsi;

  • Departamentin əməkdaşları tərəfindən əsas vəzifə və funksiyaların vaxtında və düzgün icra edilməsinə nəzarət edilməsi.

Tərəddüt etmə, indi müraciət et.