Məhsul meneceri

Brendlərin İdarə Edilməsi departamenti Tam gün Son müraciət: Davam edir Maaş: Müsahibə əsasında

Tələblər:

• Təhsil: Ali və ya orta ixtisas

• Azərbaycan və ingilis dillərində səlis bilməli; Rus dilini bilmək üstülükdür;

• Satış təcrübəsi olmalıdır; (İsitmə-soyutma avadanlıqları / Bişirici avadanlıqları)

• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;

• Güclü analitika qabiliyyəti;

• Məhsulları təqdim etmək bacarığına malik olmaq.

Əsas vəzifələr:

• Bazar araşdırması edərək müştərilərin ehtiyac və istəklərini, rəqiblərin üstün və zəif cəhətlərini, məhsul çeşidini müəyyənləşdirmək;

• Məhsulun spesifikasiyaları və tələblərini nəzərdən keçirərək indiki və gələcək məhsul özəlliklərini müəyyən etmək, yeni məhsul ideyalarını və ya məhsul çeşidlərini ortaya çıxarmaq;

• Şirkətin məhsulunu rəqiblərin məhsulları ilə müqayisə edərək bazar rəqabətini qiymətləndirmək;

• Rəhbərlik etdiyi kateqoriyanın satış strategiyasını rəhbərliklə bir yerdə müəyyənləşdirmək;

• Rəhbərlik etdiyi məhsulların xüsusiyyətlərini sistemdə və saytda daim yükləmək və təqib etmək;

• Qısamüddətli və uzunmüddətli məhsul satış proqnozları və xüsusi hesabat və təhlillər hazırlayaraq rəhbərlik üçün məlumat vermək; sual və sorğulara vaxtında cavab vermək;

• Öhdəliyində olan məhsul çeşidi üçün Marketinq kompaniyalarının hazırlanması və rəhbərliklə razılaşdırılmış şəkildə məhsulların qiymət və satış şərtlərinin müəyyən edilməsi;

• Rəhbərlik tərəfindən qoyulan, aylıq, rüblük və illik satış hədəflərinin yerinə yetirilməsi üçün səylə çalışmaq;

• Satış və stok vəziyyəti, bazar satış tenedesiyası və s. Məqamları nəzərə alaraq məhsul sifarişi hazırlayıb rəhbərliyə təsdiq etdirmək;

• Mağazaları analiz edərək uyğun məhsul çeşidinin müəyyən edilməsi və gələn yeni məhsulların buna uyğun bölgü olunması.

Biz Siz təklif edirik:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

• Həftədə 5 iş günü, 2 gün istirahət;

• Karyera yüksəlişi imkanı;

• Ödənişsiz təlimlər;

Tərəddüd etməyin, indi müraciət et.