Kredit üzrə kiçik mütəxəssis - Binə filialı

Satış Departamenti Tam gün Son müraciət: Davam edir Maaş: 300 AZN

Tələblər:

Namizəd qeyd olunan regionun sakini olmalıdır

- İş stajı : müvafiq sahədə ən azı 1-2 il;

- Dil biliyi : Azərbaycan dilində səlist danışmaq/yazmaq; rus və ya ingilis dillərindən birində fikrini sərbəst ifadə etmək bacarığı;

- Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;

- Yüksək analitika qabiliyyəti;

- Yüksək ünsiyyət və təqdim etmə bacarıqları.

Əsas vəzifələr:

- Müraciət etmiş müştərilərə kredit şərtləri barəsində məlumat vermək;

- Kredit müraciətlərinin qəbulu və analizi;

- Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək;

- Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək;

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

• Həftədə 6 iş günü, 1 gün istirahət;

• Karyera yüksəlişi imkanı;

• Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.

Tərəddüt etmə, indi müraciət et.