İnsan Resursları üzrə mütəxəssis
“Optimal Elektronika” MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Sony, LG, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir.
Tələblər:
• Təhsil: Ali;
• Bank və ya BOKT sfeкasında iş təcrübəsi üstünlükdür.
• Azərbaycan dilini səlis bilməli, rus və ingilis dillərini bilmək üstünlükdür.
• Kadr kargüzarlığı sahəsində minimum 3 il təcrübəsi olmalıdır;
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
Əsas vəzifələr:
Kadr, ezamiyyət, məzuniyyət, inzibati əmr və göstərişlərin, arayışların, xasiyyətnamə və sair kadr sənədlərinin hazırlanması, imzaya təqdim edilməsi və sənədlərin vaxtında müvafiq struktur bölmələrinə təqdim edilməsi, o cümlədən mağazalara göndərilməsi;
Kadr sənədlərinin qovluqlara yığılması;
Əmək kitabçalarının yazılması (işə qəbul və işdən azad qeydlərinin aparılması);
Əmək müqavilələrinin, əlavə razılaşmaların, vəzifə təlimatlarının hazırlanması və mağazalara göndərilməsi və imzalanmasına nəzarət edilməsi;
Kadr, ezamiyyət, məzuniyyət əmrlərini Elektron Hökumət portalı və 1 C (SAP)məlumat bazasına daxil edilməsi; 6. Əmək haqqı kartlarının sifarişi üçün işə qəbul edilən işlərdən müvafiq formaların doldurularaq aidiyyatı banka təqdim edilməsi və əmək haqqı kartlarının işçilərə paylanılması;
Kadr, ezamiyyət, məzuniyyət, inzibati əmrlərin müvafiq jurnallara qeydiyyatını aparır.
Əmək müqavilələrinin müvafiq jurnallarda qeydiyyatını aparılması;
Əmək kitabçalarının müvafiq jurnallarda qeydiyyatını aparmaq;
Filiallardan gələn məzuniyyət və icazə ərizələrini qəbul edir və nəzarət edir.
Sosial sığorta kartları üçün müvafiq qurumlara gedən sənədləri hazırlayır və həmin qurumlara təqdim etmək;
Sosial sığorta kartlarının sifarişinə nəzarət etmək və sifariş olunan Sosial sığorta kartlarını əməkdaşlara etmək;
Aylıq tabelləri hazırlamaq;
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı şirkətin əməkdaşlıq etdiyi sığorta şirkətinə vaxtında məlumatın təqdim etmək;
Xəstəlik vərəqələrinin doldurmaq və mühasibatlığa təqdim etmək;
Biz Sizə təklif edirik:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 5 iş günü;
• Karyera yüksəlişi imkanı;
Tərəddüt etmə, indi müraciət et.