İnsan Resursları üzrə təcrübəçi

İnsan Resursları Departamenti Tam gün Son müraciət: Davam edir Maaş: 260 AZN

"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Sony, LG, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

Niyə məhz Optimal?

- Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!

- Pozitivlik bizim ən böyük uğurumuzdur!

- Kreativ ideyaları yaradırıq!

- İstedadlı gənclərə yol açırıq

Tələblər:

• Təhsil: Ali və ya orta;

• Azərbaycan dilini səlis bilməli, rus və ya ingilis dillərindən birində özünü ifadə etməyi bacarmalıdır;

• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;

• Öyrənməyə və inkişaf etməyə meylli olmalı;

• Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;

Vəzifə öhdəlikləri:

• Kadr, ezamiyyət, məzuniyyət, inzibati əmr və göstərişlərin, arayışların, xasiyyətnamə və sair kadr sənədlərinin hazırlanması;

  • Kadr sənədlərinin qovluqlara yığılması;

  • Əmək kitabçalarının yazılması (işə qəbul və işdən azad qeydlərinin aparılması) və qeydiyyatının aparılması;

  • Əmək müqavilələrinin, əlavə razılaşmaların, vəzifə təlimatlarının hazırlanmasıvə və qeydiyyatının aparılması;

  • İnsan resursları üzrə menecerin digər müvafiq tapşırıqlarının həyata keçirilməsi.

Biz təklif edirik:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

• Həftədə 5  iş günü, 2  gün istirahət;

• Karyera yüksəlişi imkanı;

• Təcrübə proqramı ödənişlidir

Tərəddüt etmə, indi müraciət et.