Elektron Ticarət üzrə mütəxəssis

Marketing Tam gün Son müraciət: Davam edir Maaş: Müsahibə əsasında

Vacancy: Elektron Ticarət üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

 

·         Keyfiyyət və konversiya faizinin artırılması üçün daima çalışmaq;

·         Lead-generation məqsədli optimizasiyalar aparmaq;

·         Mövcud saytın daimi UI/UX təkmilləşdirmələrini aparmaq;

·         Admin paneldə lazımi işləri görmək;

·         Analizlərin aparılması, hesabatların hazırlanması;

·         Rəqəmsal Marketinq , Dizayn və texniki şöbə ilə daimi işləmək;

·         Mobil istifadəçi davranışlarına hakim olmaq və lazımi yaxşılaşdırılmaların aparılması;

·         Saytın və serverin təhlükəsizliyi üçün lazımi işlərin görülməsi;

·         Sayt daxili kampaniyaların təşkili;

·         Ana səhifə və kateqoriyalar daxilində merçendayzinq işlərinin görülməsi. Məhsulların tanıtımı və satış balansının qorunması;

·         A/B testlərin aparılması, tracking sistemlərinin nəzarəti, optimizasiyası, yeni göstəricilərin təyin olması;

·         Qarşılaşılan situasiyanın ən effektiv həlli üçün lazımi yolların tapılması, alqoritmik baxış tərzi ilə qarşılaşılan problemləri düzgün prosedur halına gətirmək;

·         Partnyorlarla əməkdaşlıq əlaqələrinin qurulması və aparılması, tapşırıqların düzgün icrasına nəzarət.

 

 

Tələblər:

 

·         User experience (UX) bilikləri (UI bilikləri üstünlükdür);

·         In-site Marketing mövzusunda təcrübə;

·         Google Analytics, Search Console üzrə bilikləri;

·         Alqoritmik düşüncə qabiliyyəti;

·         Server və sayt təhlükəsizliyində texnoloji və məntiqi anlayışlara malik olmaq;

·         HTML/CSS bilikləri (PHP bilikləri üstünlükdür);

·         CMS-lər üzrə işləmə bacarığı;

·         Rəqəmsal marketinq üzrə texniki biliklər. Axtarış sistemlərinin optimizasiyası, SEO məntiqi və texniki biliklərinə hakim olmaq;

·         Mobile-first anlayışına hakim olmaq;

·         Third-party tətbiq, proqram və xidmətlərin inteqrasiya prosesini dərk etmək;

·         Merçendayzinq anlayışı;

·         Analitik düşüncə, araşdırma qabiliyyəti;

·         Layihələrin idarə edilməsində təcrübə;

·         Rus və ya İngilis dili bilikləri;

·         Uyğun vəzifə üzrə iş təcrübəsi – 2-3 il;

İş şəraiti:

·         İş günləri: həftənin 5 günü 9:00 - 18:00;

·         Ə/H bilik və bacarıqlara görə dəyişir.

 

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Tərəddüt etmə, indi müraciət et.