İşə qəbul üzrə mütəxəssis

İnsan resursları və təlim departamenti Tam gün Son müraciət: Davam edir Maaş: Müsahibə əsasında

Vacancy: İşə qəbul üzrə mütəxəssis (Recruiter)

 

Vəzifə öhdəlikləri:

·         Açıq vakansiyaları təhlil etmək, şirkətdaxili və şirkətxarici elanları hazırlamaq və yerləşdirmək;

·         Elan olunan vakasiyalar üzrə namizədlərin axtarışı;

·         Gündəlik müsahibə cədvəlinin aparılması;

·         Namizədlər üçün imtahanların və test yoxlanışlarının təşkili;

·         Müsahibədən sonra namizədlərə nəticələrlə bağlı məlumatın veriməsi;

·         Müsahibə nəticələrinin database-nin aparılması;

·         İşəqəbul prosesinin gedişatı ilə bağlı struktur rəhbərlərini məlumatlandırmaq;

·         İşəqəbul layihələrinin təşkilində yaxından iştirak etmək;

·         Şirkətin işəqəbul siyasətinə riayət olunmasını təmin etmək;

·         Rəhbərlik təfərindən təyin olunmuş digər vəzifələri yerinə yetirmək.

 

Tələblər:

·         Ali təhsil (İqtisadiyyat, psixologiya, sosiologiya, heyətin idarə olunması, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);

·         İnsan Resursları sahəsində iş təcrübəsi - 1 ildən artıq;

·         Azərbaycan və rus dillərini əla səviyyədə bilməli, ingilis dilini bilməsi arzu olunandır;

·         Ms Office (Outlook, MS Word, Excel) proqramlarını yüksək səviyyədə bilməli;

·         İşə qəbul müsahibələrinin aparılmasında təcrübə arzu olunandır.

Şəxsi keyfiyyətlər:

·         Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyəti;

·         Stres altında işləmək bacarığı;

·         Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalıdır.

İş şəraiti:

 

-       İş qrafiki: I-V günlər, 09:00-18:00

-       Rəqabətqabiliyyətli əmək haqqı

Tərəddüt etmə, indi müraciət et.