SƏTƏMM üzrə baş mütəxəssis

SƏTƏMM Tam gün Son müraciət: 30/11/2021 Maaş: 1200 - 1400 AZN

Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət zeytun və badam bağlarının salınmasını həyata keçirir.Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

Vakansiya – SƏTƏMM üzrə baş mütəxəssis

Vəzifə öhdəlikləri

• İş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nəzarətin təmin edilməsi

• İş yerində baş vermiş iş qəzaları , xəsarətlərin səbəblərinin analizı və qarşısının alınması üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsinin təşkili

• İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanması

• Təlimat jurnallarının imzalanmasına nəzarət edilməsi

• Peşələr üzrə SƏTƏMM təlimatlarının hazırlanmsı

• Tibbi vasitələrin istifadəsi üzrə hesabatların hazırlanması

• İşə qəbul olunan yeni işçilərə , o cümlədən dövrü olaraq mövcud işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizliklə bağlı giriş təlimatının, təkrar, plandan kənar və cari təlimatların keçirilməsi

• Fərdi mühafizə vasitələrinin verilməsinə nəzarət

• İşçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edilməsi

• İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vasitələrinin və digər vasitələrinin standartlara və sahə normalarına uyğun olmasına və bu vasitələrdən istifadəsinə nəzarət edilməsi

• Binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və SƏTƏMM qanunvericiliyinə uyğunluğunun yoxlanılması, uyğunsuzluqların aradan qaldırılması üçün təkliflərin  verməsi

Tələblər

• Təhsil : Ali təhsil , SƏTƏMM üzrə sertifikatların olması üstünlükdür

• Təcrübə: Əlaqədar sahədə minimum 3-5 il

• Dil bilikləri: Azərbaycan Dili ana dili , İngilis dili –yaxşı

• İT üzrə biliklər: MS Office , 1 C

Texniki Bacarıqlar

• SƏTƏMM üzrə əmək qanunvericiliyi və texniki təhlükəsizlik

• Təhlükəsiz iş metodları üzrə biliklər

• Təhlükələrin və risklərin müəyyən edilməsi

• Təlim və inkişaf üzrə biliklər

Səriştəlik

·   Məsuliyyətlilik, disiplinlilik, təşkilati bacarıq

·   Problem həll etmə və əməkdaşlıq bacarıqları

·   Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,

·   Prinsip və Dəyərlərə sadiqlik

·    Prosedur və qaydalara riayət etmək

·    Operativlik və İcra etmək bacarığı

·    Detallara fikir vermə

Əlavə məlumat

- İş yeri – Türkan qəsəbəsi əməliyyat ofisi

- İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək

- Nahar Şirkət tərəfindən verilir, Sınaq müddətindən sonra ailə üzvləri daxil tibbi sığorta

- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Tərəddüd etməyin, indi müraciət et.