Satınalmalar üzrə baş mütəxəssis

Satınalmalar Tam gün Son müraciət: Davam edir Maaş: Müsahibə əsasında

Vəzifə öhdəlikləri:

  • Şirkətin Satınalma Prosedurlarına, təlimatlarına və s digər əlaqəli qaydalara riayət olunması.

  • Daxili və xarici bazarların araşdırılması, etibarlı, peşəkar, sağlam podratçı və təchizatçı bazasının hazırlanması və müntəzəm yeniləmək.

  • Sifariş edilmiş mal-material və ya xidmətlərin tələblərə və standartlara uyğun şəkildə təchiz edilməsi.

  • Müqavilə üzrə və habelə satınalmanın həyata keçirilməsi üçün əlaqəli şöbələrlə işlərin və sənəd dövriyyəsinin operativ və düzgün şəkildə təşkil etməsini təmin etmək.

  • Periodik hesabatların düzgün və obyektiv şəkildə tələb olunan formatda, interval və müddətdə şirkət rəhbərliyinə təqdim olunması

  • Son istifadəçi(lər) (End User) tərəfindən daxil olan tələbnamələrin incələnməsi və optimallaşdırmanın aparılması və satınalma qaydalarına uyğun olaraq tələb olunan vaxt çərçivəsində icrasının təmin olunması (kənarlaşma hallarında tələbnamə təqdim edən əməkdaşa və şirkət rəhbərliyinə əsaslı səbəblərin bildirilməsi və mümkün optimallaşma yolları ilə bağlı təkliflərin verilməsi)

  • Təklif olunan qiymətlərin müqayisə cədvəlinin hazırlanması və uyğun tədarükçüdən malların alınması

  • Tələb olunan malların/xidmətlərin alışının müvafiq ERP proqramında düzgün, operativ və əhatəli şəkildə alış əmrlərini (PO) tərtib etmək

Tələblər:

- Təhsil : Ali ( İqtisadiyyat, Menecment, Tədarük zəncirinin idarəedilməsi və s əlaqədar ixtisaslar )

- Təcrübə: Minimum 3-5 il (Müvafiq sahədə 3 il )

- Sertifikatlar: CİPS və sahəyə uyğun sertifikatlarının olması üstünlükdür

- Dil bilikləri: Azərbaycan Dili , İngilis dili , Rus dili

- İT üzrə biliklər: Microsoft Office və 1C

Texniki Bacarıqlar:

- Dövlət Satınalmaları və Tender proseslərini, habelə müvafiq qanunvericilik bazasını bilmək.

- Satınalma, Müqavilələrin tərtibatı, Logistika prinsip və qaydaları haqqında məlumat

- Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması

Səriştəlik:

- Məsuliyyətli, disiplinli, açıq fikirli

- Güclü analitik qabiliyyətlər, problem həll etmə və əməkdaşlıq bacarıqları

- Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq, təqdimat etmək bacarıqları

- Prinsip və Dəyərlərə sadiqlik

- Prosedur və qaydalara riayət etmək

- Operativlik, Qərar almaq və İcra etmək

Əlavə məlumat:

- İş yeri – Çinar Plaza

- İş qrafiki: həftənin 5 günü, saat 08:30-dan 17:30-dək

- Nahar Şirkət tərəfindən verilir, Ailə üzvləri daxil tibbi sığorta

- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Tərəddüd etməyin, indi müraciət et.