İstehsal üzrə Operator

İstehsalat Tam gün Son müraciət: 30/09/2021 Maaş: Müsahibə əsasında

 

Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

Vakansiya – İstehsal üzrə Operator        

Vəzifə öhdəlikləri

-  Zeytun meyvəsinin qəbuluna və bunkerə yerləşdirilməsinə nəzarət etmək

-  İstehsala başladığı andan etibarən müntəzəm  məhsulun istehsal prosesinə  nəzarət etmək

-  İstehsal davam edən xətdəki maşın (ZEZ, Malaksir, Dekanter, Seperator, filtirləmə) və köməkçi avadanlıqların işləməsini izləmək

-  İstehsal olunan məhsulların dad və qoxusunu, orqanoleptik xüsusiyyətlərini davamlı olaraq nəzarətdə saxlamaq

-  Hazır məhsuldan analiz vermək, uyğun nəticədən sonra məhsulu təyin edilmiş tanklara göndərmək

-  Zeytun meyvəsindən ayrılan küspesi və suyunun uyğun yerə atılmasına nəzarət etmək

-  İstehsal xəttindəki maşınlarında sadə mexaniki nizamlamalar işlərini etməli

-  İstehsal prosesinin lazımı  məlumatlarını uygun formlara işləmək

-  İstehsal xəttində çalışan işçilərin iş prosesinə davamlı nəzarət etmək, maşın və avadanlıqların təyin edilmiş məhsuldarlıqda çalışmasını nəzarətdə saxlamaq

-  İşlədiyi sahənin, istifadə etdiyi avadanlıqların və istehsal xəttinin  təmiz tutulmasını təmin etmək

- Aparata və köməkçi avadanlıqlara gələn hava, buxar təzyiqini davamlı olaraq yoxlamaq

- İstehsal xəttində uyğunsuzluga yol verməmək, uyğunsuzluq baş verdiyi zaman lazımı şəxslərə məlumat vermək və istehsal xəttini saxlamaq

- Dolmuş və dolmaqda olan tankları azot qazı altında saxlamaq

- Sahə rəisinin və İstehsalat mühəndisinin verdiyi tapşırıqları vaxtında, düzgün və səliqəli şəkildə yerinə yetirmək 

  

Tələblər

  • Peşə məktəbi və ya Orta ixtisas təhsili (Qida istehsalatı)

  • Avtomatik, elektron və mexaniki  cihazların xüsusiyyətlərini və iş prinsplərini barədə biliklər

  • İstehsalın texnoloji, keyfiyyət ve istehsal qəbul-imtina qaydalarını barədə biliklər

  • Azərbaycan Dili ana dili

  • Komanda şəklində işləmə bacarığı

  • Microsoft Ofiice proqramları (orta səviyyədə)

 

İş şəraiti

- İş yeri – Türkan əməliyyat ofisi

- İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək

- Nahar Şirkət tərəfindən verilir.

- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Tərəddüd etməyin, indi müraciət et.