Data Analitikası üzrə Kiçik Mütəxəssis

Bağların İdarəedilməsi Tam gün Son müraciət: 24/09/2021 Maaş: 650 - 800 AZN

Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

Vakansiya – Data Analitikası üzrə Kiçik Mütəxəssis                  

-        Cari hesabatları saxlamaq və yeni hesabatlar yaratmaq. Data toplamaq və təhlilini yaxşılaşdırmaq üçün təkliflər verilməsi

-        Məlumat bazasında toplanılan məlumatların aylar üzrə saxlanılmasının təmin edilməsi

-        Datanı şərh etmək, statistik metodlardan istifadə edərək nəticələri təhlil etmək və Rəhbərliyə davamlı hesabatlar vermək;

-        Sahə işçiləri tərəfindən həyata keçirilən məlumat daxil etmə prosesinin optimallaşdırılması

-        MİS-in (Management İnformation System) qurulması və işləkliyinin təmin edilməsi.

-        MİS-ə ediləcək əlavə dəyişikliklər üçün həll yollarının araşdırılması

-        Sistemə daxil edilmiş məlumatlardakı səhvlərin aradan qaldırılması üçün sahə işçiləri ilə birgə işləmək

-        Məlumat bazasında olan müxtəlif tip məlumatların qrafik və diaqramlar vasitəsilə vizuallaşdırılması

-        Toplanmış məlumatlar üzrə aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi.

Tələblər

  • Ali təhsil

  • Azərbaycan Dili ana dili ,İngilis dili yaxşı səviyyədə

  • Analitik düşüncə;

  • Hesbatların müqayisəsi, fərqlərin araşdırılması;

  • Alqoritm qurma bacarığı və analitik – alqoritmik düşünmə qabiliyyəti;

  • Komanda şəklində işləmə bacarığı;

  • Excel üzrə yüksək səviyyədə biliklər;

  • Power BI, SQL, R və s. digər analitik tool-larla işləmək bacarığı üstünlükdür

İş şəraiti

İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək - Nahar Şirkət tərəfindən verilir, Sınaq müddətindən sonra ailə üzvləri daxil tibbi sığorta , Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Tərəddüd etməyin, indi müraciət et.