Müştəri əlaqələri üzrə Mütəxəssis

İnsan resursları Tam gün Son müraciət: Davam edir Maaş: Müsahibə əsasında

ATL Akademiya, fərdlər və bizneslər üçün proqramlaşdırma və İT sahəsində təhsil və peşəkar inkişaf proqramları təklif edən təhsil müəssisədir.

ATL Akademiya informasiya və telekommunikasiya sahəsində fəaliyyət göstərən İT konsaltinq, sistem inteqrasiyaları, proqram təminatı və həllər kimi istiqamətlərdə xidmətlər təqdim edən ATL Tech şirkətinin nəzdində yaradılmışdır. Akademiya öz məzunlarına təcrübə keçmək imkanı yaradan, biznes və tədris sahəsində peşəkar olan təlimçilərin çalışdığı və proqramlaşdırmanın müxtəlif sahələri üzrə əhatəli tədris proqramı ilə seçilən təhsil müəssisəsidir.

Vəzifə öhdəlikləri

· Soyuq və isti satış edərək təhsil proqramlarına müştərilərin cəlb olunması;

· Daxil olan zənglərin və mesajların cavablandırılması;

· Məlumat xarakterli mətnlərin hazırlanması və müştərilərə  göndərilməsi;

· CRM üzrə hesabatların hazırlanması.

Vakansiya üzrə tələblər

· Satış yönümlü danışıqların aparılmasına maraq və bacarıq;

· Ofis proqramları;

· Azərbaycan və rus dilləri;

· Səlis və aydın danışıq tərzi;

· Yüksək nitq mədəniyyəti;

· İşə diqqətli və dəqiq yanaşma;

· Sürətli öyrənmək və yeniliklərə uyğunlaşmaq bacarığı.

Tərəddüd etməyin, indi müraciət et.