Biznes İnkişafı üzrə Menecer

İnsan resursları Tam gün Son müraciət: Davam edir Maaş: Müsahibə əsasında

ATL Akademiya, fərdlər və bizneslər üçün proqramlaşdırma və İT sahəsində təhsil və peşəkar inkişaf proqramları təklif edən təhsil müəssisədir.

ATL Akademiya informasiya və telekommunikasiya sahəsində fəaliyyət göstərən İT konsaltinq, sistem inteqrasiyaları, proqram təminatı və həllər kimi istiqamətlərdə xidmətlər təqdim edən ATL Tech şirkətinin nəzdində yaradılmışdır. Akademiya öz məzunlarına təcrübə keçmək imkanı yaradan, biznes və tədris sahəsində peşəkar olan təlimçilərin çalışdığı və proqramlaşdırmanın müxtəlif sahələri üzrə əhatəli tədris proqramı ilə seçilən təhsil müəssisəsidir.

Vakansiya:  Biznes İnkişafı üzrə Menecer.

Vəzifə öhdəlikləri

·  Biznesin inkişaf imkanları üzrə mütəmadi təqdiqat və təkliflərin hazırlanması;

·  Marketinq fəaliyyətinin şirkət maraqlarına uyğun qurulmasında iştirak və koordinasiyası;

·  CRM sisteminin təkmilləşdirilməsi və nəzarəti;

·  Yeni müştərilərin tapılması və görüşlərin təşkili;

Vakansiya üzrə tələblər

·  İqtisadiyyat, Menecment, Marketinq və ya uyğun sahədə ali təhsilin olması;

·  Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilməsi (rus dili biliyi üstünlükdür);

·  Könüllük fəaliyyəti də daxil olmaqla biznesin inkişafı sahəsində ən azı 2 il təcrübənin olması;

·  Tədqiqat və təhlil bacarığının olması;

·   Müştərilərlə iş və satış sahəsində çalışmağa motivasiyasının olması;

·   Ofis proqramlarını yaxşı səviyyədə bilməsi;

·   Nəticəyönümlü və məsuliyyətlə işləməsi;

·   Yüksək səviyyədə ünsiyyət bacarığının olması.

Tərəddüd etməyin, indi müraciət et.