Biznes İnkişafı üzrə Menecer

İnsan resursları Tam gün Son müraciət: Davam edir Maaş: Müsahibə əsasında

ATL Academy proqramlaşdırma sahəsini hərtərəfli əhatə edən və  texnologiya  sənayesinin tələblərinə cavab verən  innovativ təhsil müəssisəsidir. Akademiyamızda  Mühəndislik məktəbinin  “Code School”, “Product School”,  “Cloud Computing School” istiqaməti var . Code School Software Development Fundamentals, Backend və Frontend Software Development proqramlaşdırma  təhsili üzrə ixtisaslaşmış  bootcamp  və seçməli dərslər formatında tədris həyata keçirir. Təlimlər  geniş təcrübəyə malik mütəxəssislər tərəfindən hazırlanır və tələbələrə nəzəri biliklər ilə yanaşı, həm də praktiki biliklər öyrədilir.  Praktiki vərdişlər  bir başa ATL Tech  şirkətinin təcrübəli komandası ilə həyata keçirilir.

Vakansiya:  Biznes İnkişafı üzrə Menecer.

Namizədin qeyd olunmuş fənnlərin mükəmməl səviyyədə nəzəri və təcrübi biliklərə  sahib olması mütləqdir;

Vəzifə öhdəlikləri

·  Biznesin inkişaf imkanları üzrə mütəmadi təqdiqat və təkliflərin hazırlanması;

·  Marketinq fəaliyyətinin şirkət maraqlarına uyğun qurulmasında iştirak və koordinasiyası;

·  CRM sisteminin təkmilləşdirilməsi və nəzarəti;

·  Yeni müştərilərin tapılması və görüşlərin təşkili;

Vakansiya üzrə tələblər

·  İqtisadiyyat, Menecment, Marketinq və ya uyğun sahədə ali təhsilin olması;

·  Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilməsi (rus dili biliyi üstünlükdür);

·  Könüllük fəaliyyəti də daxil olmaqla biznesin inkişafı sahəsində ən azı 2 il təcrübənin olması;

·  Tədqiqat və təhlil bacarığının olması;

·   Müştərilərlə iş və satış sahəsində çalışmağa motivasiyasının olması;

·   Ofis proqramlarını yaxşı səviyyədə bilməsi;

·   Nəticəyönümlü və məsuliyyətlə işləməsi;

·   Yüksək səviyyədə ünsiyyət bacarığının olması.

Tərəddüt etmə, indi müraciət et.