Biznes Analitik

ATL TECH Tam gün Son müraciət: Davam edir Maaş: Müsahibə əsasında

ATL Tech şirkəti (www.atltech.az) 2013-cü ildə təsis edilmişdir və informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Gənc olmasına baxmayaraq, geniş işçi qüvvəsinə malik olan şirkətimizin əməkdaşları informasiya texnologiyaları, telekommunikasiya, bankçılıq və maliyyə, dövlət və özəl şirkətlər və s. kimi sahələrdə peşəkar iş təcrübəsinə malikdirlər. Fəaliyyəti boyunca şirkətimiz Cisco, Microsoft, Oracle, HP və s. kimi bir çox beynəlxalq təşkilatlarla əməkdaşlığın əsasını qoymuşdur.

Hazırda ATL Tech şirkəti “Biznes Analitik” vakansiyası üzrə CV-lərin qəbulunu açıq elan edir.

Vəzifə öhdəlikləri:

·  Müştərilərin və biznes mühitini təhlil etməklə məhsullar üzrə təkliflərin araşdırılması;

·  Biznes tələblərinin müəyyənləşdirilməsi, planlaşdırılması və monitorinqi;

·  Şirkət fəaliyyətinə dair məlumatların təhlilinin həyata keçirilməsi;

·  Əldə edilmiş nəticələrin müvafiq forma üzrə vizuallaşdırılması, gələcək dövr üçün proqnozların verilməsi;

·  Maliyyə Hesabatlarının hazırlanması.

Tələblər:

·   Excel bilikləri yüksək səviyyədə ;

·   İngilis dili biliyi;

·   Analitik düşüncə;

·   Statistika və maliyyə bilikləri;

·   Detallara qarşı diqqətlilik.

Tərəddüd etməyin, indi müraciət et.