Sənədləşmə mütəxəssisi

ATL TECH Tam gün Son müraciət: 10/10/2021 Maaş: Müsahibə əsasında

ATL Tech şirkəti (www.atltech.az) 2013-cü ildə təsis edilmişdir və informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Gənc olmasına baxmayaraq, geniş işçi qüvvəsinə malik olan şirkətimizin əməkdaşları informasiya texnologiyaları, telekommunikasiya, bankçılıq və maliyyə, dövlət və özəl şirkətlər və s. kimi sahələrdə peşəkar iş təcrübəsinə malikdirlər. Fəaliyyəti boyunca şirkətimiz Cisco, Microsoft, Oracle, HP və s. kimi bir çox beynəlxalq təşkilatlarla əməkdaşlığın əsasını qoymuşdur.

Hazırda ATL Tech şirkəti “Sənədləşmə mütəxəssisi” vakansiyası üzrə CV-lərin qəbulunu açıq elan edir.

Vəzifə öhdəlikləri:

·  Sənədləri tam,dəqiq,siyasət və prosedurlara uyğun hazırlamaq;

·  Təyin olunmuş bir şöbənin işçilərini dəstəkləmək üçün kompleks sənədləşmə işlərini yerinə yetirmək;

·  Həm təyin olunmuş sahədə, həm də xaricində mənbələrdən müxtəlif məlumat və/və ya məxfi materialları araşdırmaq və toplamaq;

·  Müxtəlif  sənədləşdirmə sistemləri, məlumat bazaları, qeydlər və siyahılar qurmaq və saxlamaq;

·  Müştərilərdən aktları vaxtında toplamaq və mühasibatlığa təqdim etmək;

·  Müştərilərin tələblərinə uyğun qiymət təkliflərini hazırlamaq və göndərmək.

Tələblər:

·   Azərbaycan dilində yüksək yazı bacarığı;

·   Microsoft Office kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı;

·   İngilis dili arzuolunandır.

Tərəddüd etməyin, indi müraciət et.