IT Help Desk

ATL TECH Tam gün Son müraciət: Davam edir Maaş: Müsahibə əsasında

ATL Tech şirkəti (www.atltech.az) 2013-cü ildə təsis edilmişdir və informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Gənc olmasına baxmayaraq, geniş işçi qüvvəsinə malik olan şirkətimizin əməkdaşları informasiya texnologiyaları, telekommunikasiya, bankçılıq və maliyyə, dövlət və özəl şirkətlər və s. kimi sahələrdə peşəkar iş təcrübəsinə malikdirlər. Fəaliyyəti boyunca şirkətimiz Cisco, Microsoft, Oracle, HP və s. kimi bir çox beynəlxalq təşkilatlarla əməkdaşlığın əsasını qoymuşdur.

 

 Hazırda ATL Tech şirkəti “IT Help Desk” vakansiyası üzrə CV-lərin qəbulunu açıq elan edir.

 

Vəzifə öhdəlikləri:

• “Hardware” və “Software” sistemlərinin quraşdırılması;

•  Şəbəkəyə qoşulmuş kompüterlərin, məlumat bazasının təhlükəsizliyinin və daim işlək vəziyyətdə olmasının təmin edilməsi;

•  Məlumatların təhlükəsizliyi və saxlanılmasının təmin edilməsi;

•  Sistem problemlərinin həlli və diaqnostikası;

•  Avadanlıqların quraşdırılması və sazlanması.

 

 

 

Tələblər:

•  Təhsilə olan tələblər: Ali təhsilli;

•  Minimum 1 il iş təcrübəsi;

•  İstifadəçilərə texniki dəstək vermək bacarığı (Proqram təminatının yazılması,silinməsi,driverlərin yazılması\printerlərin tanıdılması və s.);

•  Proqram və şəbəkələrdə yaranacaq problemlərin müəyyən olunması və aradan qaldırılması bacarığı;

•  Analitik zəka,insanlarla işləmək qabiliyyəti;

•  Ünsiyyətcil,məsuliyyətli,təşəbbüskar.

 

Tərəddüd etməyin, indi müraciət et.