Satınalmalar üzrə mütəxəssis

Satınalmalar/Procurement Tam gün Son müraciət: 30/11/2020 Maaş: 1000 - 1600 AZN

ÖHDƏLİKLƏR

  • Qanunvericilik tələblərinə uyğun, Şirkətin satınalma siyasətinin prinsiplərinə və tələblərinə riayət edərək satınalma tələbnamələrinə uyğun satınalma əməliyyatlarını icra etmək;

  • Tədarükçü İdarə olunması ilə bağlı qaydaların hazırlanması.

  • Şirkətlərin PQ- dən keçirilməsi və prosesə nəzarətin olunması.

  • Proqram təminatına Şirkətlərin əlavə olunmasını həyata keçirmək və mütəmadi nəzarətin aparılması.

  • Şirkətlərlə görüşlərin keçirilməsi.

  • Satınalma ilə bağlı hesabat, təqdimat, müqavilə və s. sənədlərin hazırlanması;

  • Komanda ilə işləmə bacarığı

  • Satınalma tələbnaməsinin icrası üçün satınalma predmetinin əhəmiyyət dərəcəsini, təcililiyini və təqribi büdcəsini nəzərə alaraq uyğun tədarükçüləri müəyyən etmək, lazım gəldikdə onlardan dəqiqləşdirici məlumatlar almaq və qiymət sorğusunun göndərilməsi üçün tədarükçülərin yekun siyahısını Satınalmalar üzrə rəhbərlə razılaşdıraraq təyin etmək;

  • Şirkətin mallarin (işlərin, xidmətlərin) qiymət sorğusu üsulu ilə satın alınması qaydalarına riayət edərək qiymət sorğularını müvafiq tədarükçülərə göndərmək, təkliflərin vaxtında alınmasını təmin etmək;

  • Şirkətlərin Post qualificationun aparılması və nəzarətin olunması.

  • Mütəmadi bazar araşdırılmasının aparılması

  • Təsdiqolunmuş Tədarükçü Bazasının hazırlanması.

  • Şirkətlərin performans müqayisələrinə uyğun reytinqinin hazırlanması.

  • Əldə olunan təklifləri təhlil etmək, onların tələblərə cavab verdiyini yoxlamaq, təkliflərin müqayisəsini aparmaq, təklifləri uyğun və münasib olan tədarükçülərlə qiymət danışıqlarını aparmaq və təkliflərin dəyərləndirilməsi hesabatını satınalma tələbnaməsini qaldıran tərəfə son rəyin bildirilməsi üçün təqdim etmək;

  • Qiymət sorğusunda iştirak edən tədarükçüləri verilən tələblərə uyğunluğuna görə verdiyi təklifləri  dəyərləndirmək və müvafiq hesabat vermək;

  • Ən əlverişli təklif verən tədarükçü ilə müqavilənin hazırlanması üçün müqavilənin xüsusi şərtlərini müəyyən etmək və tərəflər arasında razılaşdırılmasını təmin etmək;

  • Sifariş tapşırıqlarını tələblərə uyğun şəkildə tərtib etmək və təsdiqlənmiş sifariş tapşırıqlarını qarşı tərəfə icra üçün təqdim etmək;

  • Satınalma prosesinin vaxtında tamamlanmasını təmin etmək, satınalmaların carı statusu ilə bağlı həftəlik hesabat vermək;

  • Tədarükçülərin icra olunmuş müqavilələr üzrə fəaliyyətinin dəyərləndirilməsini aparmaq və müvafiq hesabat vermək.

 

TƏLƏBLƏR

  • Ali təhsil (texniki ve iqtisadi sahələrə üstünlük verilir)

  • Satınalma sahəsi üzrə ən azı 3 il iş təcrübəsi. Tədarükçülərin idarə olunması üzrə minimum 1 il iş təcrübəsi.

  • Azərbaycan dili səlis, İngilis dili yaxşı bilməlidir. Rus dilini bilməsi arzu olunandır.

  • Kompüter biliyi: MS Office (Word, Excel, Outlook, PowerPoint); ERP sistemlərin hər hansı birində işləmək bacarığı. 1C arzuolunandır.

  • Satınalma sənədlərini hazırlama qabiliyyəti;

  • Yüksək səviyyədə ünsiyyət qurma bacarığı.

  • Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;

  • Yaxşı analitik və peşəkar ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları;İşə planlı şəkildə və məsuliyyətlə yanaşma qabiliyyəti;

Təşəbbüskarlıq və yenilik tətbiq etmək bacarığı arzuolunandır;

Tərəddüt etmə, indi müraciət et.