CFO

Maliyyə/Finance department Tam gün Son müraciət: 15/12/2020 Maaş: 4500 - 7000 AZN

ÖHDƏLİKLƏR

  • Qısa və uzun müddətli strateji maliyyə hədəflərinin qurulması və davamlı olaraq

dəyərləndirilməsi;

  • Şirkətin maliyyə, mühasibatlıq funksiyaları üzərində nəzarət;

  • İnzibati sifariş tapşırıqlarının, sifariş forması, müqavilə, ödəniş tapşırıqları və ezamiyyə sifariş formalarının təsdiqi;

  • Digər departamentlərlə müzakirələr aparılaraq proseslərin avtomatlaşdırlması və iş

effektivliyinin əldə edilməsi istiqamətində təkliflərin irəli sürülməsi;

  • Həftəlik, aylıq, rüblük və illik yerli, vergi, beynəlxalq standartlara əsaslanan hesabatların nəzərdən keçirilməsi;

  • Vəsait axınının planlaşdırılması və maliyyə likvidliyinə nəzarət;

  • Maliyyə meneceri və Baş mühasiblə birgə qoyulmuş hədəflərə çatmaq istiqamətində

strategiya müəyyən edilməsi və koordinasiyası;

  • Biznes fəaliyyəti nəticəsində yarana biləcək maliyyə riskləri ilə bağlı idarə həyətinəməsləhətlərin verilməsi;

  • Mühasibatlıq və maliyyə funksiyaları üzrə güvənilir nəzarət mexanizmlərininqurulması və nəzarət;

  • Şirkətin maliyyə və mühasibatlıq funksiyaları üzrə tam şəffaf əməliyyat dövriyyəsini təmin etmək;

  • Ehtiyac yaranarsa maliyyə və mühasibatlıq funksiyalarına yeni əməkdaşların işə

götürülməsi üçün müsahibələrin aparılması və işə götürmə qərarının verilməsi.

TƏLƏBLƏR:

  • Maliyyə və Mühasibatlıq sahəsinə dair ali təhsil;

  • Müvafiq sahə üzrə azı 7 il iş təcrübəsi;

  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis – səlis;

  • Kompüter bacarıqları: MS Office, MS Word;

  • 1C 8.3 mühasibatlıq sistemində işləmə qabiliyyəti;

  • Peşəkar ünsiyyət və yazı bacarığı;

  • Analitik düşüncə və problemin həll istiqamətində təşəbbüs irəli sürmək bacarığı.

Tərəddüt etmə, indi müraciət et.